EF

AVSTRALİYA

EF ilə Avstraliyada dil kursları üçün qeydiyyatdan keçin və möhtəşəm sahilləri, mükəmməl havalar və əyləncəli insanlarla dolu bir ölkəni kəşv edin.

Avstraliyada dil kurslarına gəlin və Cənub Yarımkürəsinin möhtəşəm torpaqlarında yaşayın. 20 milyon əhalisi olan bu nəhəng ölkənin təbii gözəlliklərini və vəhşi təbiətini başqa heç bir yerdə görmək mümkün deyil. Kilometrlərlə uzanan sahillər yalçın qayalıqlar və yamyaşıl yağış meşələri dəniz kənarına yayılarkən, ölkənin çölləri zəfəran rənginə bürüyür. Hər yana dağılmış saysız-hesabsız koala və kenqurulardan danışmırıq belə... EF ile Avstraliyada dil kursları tarixi şəhər olan Sidneydə, günəşli Brisbane-də və mədəni zənginliyə sahib Melbornda sizləri gözləyir. Great Barrier Reef-in sularına baş vurun və okeanın altındakı rəngləri və sualtı florasını kəşv edin. Ayers Qayası olaraq bilinən qırmızı nəhəng qaya kütləsini görmək üçün çıxdığınız Uluru turunda möhtəşəm Aborjin adətləri haqqında bir çox şey öyrənə bilərsiniz. 

Melbornda St. Kilda bölgəsinin mağazalarını gəzin, Sidney Opera Binasının bir neçə addımlığında yerləşən limana girən qayıqları seyr edin və ya Brisbane sahilində çimərlikdə dincəlməkdən zövq alın, istənilən halda seçim sizindir.

Tam gör Qısalt
Qiymət təklifi

Take the next step

Pulsuz kataloq
Ödənişsiz qiymət cədvəlini əldə edin.